Ərdoğan Azərbaycanın dəstəyindən danışdı

"Azərbaycanın zəlzələ bölgəsində 1000 ev tikməsi “bir millət, iki dövlət” olmağın göstəricisidir".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan zəlzələ zonasında 1000 ev, məktəb, məscid və sosial obyektlər tikəcək: “Evlərin təməlini qardaşımız İlham Əliyevlə birlikdə atdıq. Bütün bunlar “bir millət, iki dövlət” olmağın göstəricisidir”.

“Biz seçki gündəmindən asılı olmayaraq zəlzələ bölgəsində həyata keçirilən bütün işləri mütəmadi izləyirik”, - R.T.Ərdoğan vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı