"Süni intellektin atası"ndan DƏHŞƏTLİ PROQNOZ: Kainat üçün kabusa çevrilə bilər

"Süni intellektin atası" adlandırılan 75 yaşlı Geoffrey Hinton süni intellekt ilə bağlı maraqlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, "New York Times"a müsahibə verən Hinton, bu sahədəki işindən peşman olduğunu deyərək "Google"dan istefa verdiyini açıqlayıb.

Hinton deyib ki, gələcək potensial təhlükələr səbəbiylə süni intellektlə bağlı apardığı işdən peşman olub. 75 yaşlı dahi hesab edir ki, hazırda təhlükə olmasa da, süni inteket yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcək.

Hinton onu da qeyd edib ki, əgər süni intellekt zərərli məqsədlər üçün istifadə edilərsə bu kainat üçün kabusa çevriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı