Ramiz Mehdiyev bu məşhur restoranda özünə yubiley keçirdi

Aprel ayının 17-də Prezident Administasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin 85 yaşı tamam olub.

Metbuat.az Unikal-a istinadən xəbər verir ki, sabiq PA rəhbəri aprelin 18-də "Mangal Steak House" restoranının "Muğam" zalında yubileyi ilə bağlı mərasim təşkil edib. Mərasimdə R. Mehdiyevin ailə üzvləri, akademiklər Arif Həşimov və Dilqəm Tağıyev iştirak ediblər.

Qeyd edək ki, Ramiz Mehdiyev yubiley tədbirinə bir sıra keçmiş nazir və icra başçılarını dəvət etsə də, onlar mərasimə qatılmayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR