PSJ-nin hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan aldığı rəsmi təklifin detalları açıqlanıb.
Metbuat.az xəbər verir ki, “Əl-Hilal” klubunun Messiyə 600 milyon avro məbləğində təklif irəli sürdüyü bildirilir. "L'Équipe" qəzetinin məlumatına görə, müqavilənin müddəti 2 il üçün nəzərdə tutulub. Məlumata görə, bu, Messiyə gələn yeganə təklifdir. Müqavilənin detallarının Messinin Səudiyyə Ərəbistanına planlaşdırılmamış səfəri zamanı da müzakirə edildiyi vurğulanır.
Xarici KİV-lərin məlumatına görə, Messi üçün Avropadan göndərilən təkliflər prioritetdir. 35 yaşlı futbolçu 2024-cü ildə keçiriləcək Amerika Kubokuna qədər qabaqcıl klubda oynamağı planlaşdırır.