İydə ən şəfalı qidalar sırasındadır. Birinci növbədə iydənin bağırsaq sisteminə olan təsiri məşhurdur.
Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, mədə-bağırsaq xərçəngi yaranmasının qarşısını alan qidalar sırasında iydə də var. İydə ən çox ishal müalicəsində istifadə olunur.
Qanda insulin səviyyəsinin normallaşdırılmasına yardımçı olaraq, yağ metabolizmini normallaşdırır.
İydəni balla qarışdırıb, sidik qaçırma problemi zamanı istifdaə etmək olar. İydə mədə bulanması, qusma, eləcə də öskürək zamanı müsbət təsir göstərir.
Dəri və göz üçün çox faydalı sayılır. Omega 3 yağı ilə zəngin olan iydə dərini nəmləndirir. Yanıq və sağalmayan yaraların, ekzemanın müalicəsində də iydədən istifadə edilir. Bundan başqa, vaginal quruluq, göz quruluğu kimi hallarda iydə yemək məsləhət görülür.
Məhz Omega yağı ilə zənginliyi sayəsində iydə saç və dırnaqdakı problemlərə müsbət təsir göstərir. İydənin cinsi fəallığı artırması barədə məlumatlar da var.
İydənin tərkibində vitamin və mineralllardan B1, B2, C, Ca var. Sürətli sümük əriməsi, yaddaş pozulması, bel ağrısı və sümük kövrəkliyini bərpa edir.
İstifadə qaydası:
1 çay qaşığı sarıkök, 2 çay qaşığı iydə tozu, 1 çay qaşığı süzmə balı qarışdırıb, bir stəkan qaynaq südə qatıb hər axşam 2 həftə boyunca qəbul edirsiniz.