Ötən gün Türkiyədə keçirilən 28-ci çağırış parlament seçkilərində millət vəkili seçilən şəxslər arasında keçmiş “Türkiyə gözəli” Seda Sarıbaş da var.
Metbuat.az xəbər verir ki, AK Partiyanın namizədi Seda Sarıbaş Aydında millət vəkili mandatını qazanıb. Seda Sarıbaş barəsində diqqət çəkən məqamlardan biri də onun keçmiş model olmasıdır. O, 2006-cı ildə “Türkiyə gözəli” də seçilib.
İki övladı olan Seda Sarıbaş müsahibələrindən birində modellikdən biznesə, oradan da siyasətə keçidini belə təsvir edib:
"Siyasətə bağlılıq onsuz da ailəmizdə var idi. Atam və həyat yoldaşım siyasətdən gələn insanlardır. Onların böyük dəstəyini hiss etmişəm. Yolumuza AK Partiya ilə başladım və davam edəcəm. Siyasətdə yoldaşım hər zaman bu mövzuda mənə kömək edir".