Seçkilərdəki qələbəmiz CHP-nin rahatlığını pozub - Ərdoğan

“Parlament seçkilərinin “Cümhur İttifaqı”nın qələbəsi ilə başa çatması və prezident seçkilərində ciddi fərq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin və komandasının rahatlığını pozub”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

Ərdoğan qeyd edib ki, CHP rəhbərliyi mayın 14-də nəticələri bildiyi halda “qalib gəldik” teatrı səhnələşdirib və bunu da bütün xalq televiziyalardan izləyib: “Qutuların rəngi məlum olduqca, yalanları ortaya çıxdı. Buna baxmayaraq, nə qəsdən səhv istiqamətləndirdikləri seçicilərindən, nə də ictimaiyyətdən üzr istədilər”.

O söyləyib ki, qarşı tərəf yenə də kampaniyalarını davam etdirir: “Dövlət-millət həmrəyliyi ilə, inşallah, yaralarımızı birlikdə sağaldacağıq. Zəlzələdən əziyyət çəkən qardaşlarımızı tək qoymayacaq, yanlarında olacağıq”.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı