​“Sazişin uzadılması Putinlə münasibətlərimiz sayəsində oldu” - Ərdoğan

“Taxıl sazişinin daha iki ay uzadılması cənab Putinlə xüsusi münasibətlərimiz sayəsində oldu”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN İnternational-a verdiyi müsahibədə belə deyib. O bildirib ki, taxıl sazişinin uzadılmasının təkcə Qərbin deyil, Afrika ölkələrinin də ehtiyaclarını qarşılamasında önəmi var. Ərdoğan Qərbin Ukrayna müharibəsindəki mövqeyi barədə də danışıb.

"Qərb indiki məqamda balanslı yanaşma göstərməyib. Deməli, Rusiya kimi bir ölkəyə balanslı yanaşma çox daha doğru ola bilərdi. Başqa sözlə, Qərb də mənim göstərdiyimi mövqe kimi siyasət yürüdə bilərdi” - Ərdoğan deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı