Şoyqu Ukraynadakı komandanlıq məntəqəsində yoxlama apardı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Zaporojye istiqamətində yerləşən “Vostok” hərbi birliyinin komandanlıq məntəqəsinə gedib.

Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Şoyqu xüsusi hərbi əməliyyatlar bölgəsində ordunu təftiş edib. Komandanlıq Şoyquya hərbi əməliyyatların gedişi barədə məlumatlar verib. Şoyqu hərbi birliklərin Ukrayna ordusunun davranışlarına qarşı əvvəlcədən tədbirlər həyata keçirən rus qüvvələrin işini yüksək qiymətləndirib. Şoyqu düşmənin planlarını əvvəlcədən müəyyən edib qarşısının alınması üçün geniş kəşfiyyat işləri aparmaq barədə təlimatlar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı