Ərdoğan Sinan Oğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Oğanla görüşüb.

Metbuat.az xəbər verir ki, görüş dövlət başçısının Dolmabahçe iqamətgahındakı ofisində baş tutub.

Sinan Oğanın bu gün Ankarada Kamal Kılıçdaroğlu ilə görüşü gözlənilirdi. Lakin ATA İttifaqının prezidentliyə namizədi Zəfər Partiyasının sədri Ümit Özdağla Kılıçdaroğlu arasında keçirilən görüşə qatılmayıb.

Bildirilib ki, Kılıçdaroğlu ilə görüşdən sonra Özdağ görüşün məzmununu Oğanla bölüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR