7NEWS.az internet xəbər portalı 9 yaşını qeyd edir.
Metbuat.az xəbər verir ki, xəbər portalı 2014-cü ilin may ayının 20-də fəaliyyətə başlayıb, 2015-ci ilin may ayından isə MMC olaraq fəaliyyətini davam elətdirib. 7NEWS.az internet xəbər portalı müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.
7NEWS.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.
Saytın baş redaktoru internet-media ekspert, 2004-cü ildən mətbuatda imzası olan Səbuhi Abbasovdur.
Metbuat.az saytı adından həmkarlarımızı təbrik edir, onlara işlərində uğurlar arzulayırıq.