Zelenski Sunakla bir həftədə iki dəfə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.

Metbuat.az xəbər verir ki, Zelenskinin mətbuat xidmətindən bildirilən məlumata görə, Kiyev rəhbəri Rusiya ilə müharibədə verdiyi dəstəyə görə Sunaka təşəkkürlərini ifadə edib. İki lider Zelenskinin mayın 14-də Britaniyaya səfəri zamanı əldə olunan razılaşmaların praktiki icrası barədə fikir mübadiləsi aparıblar.

Məlumat üçün qeyd edək ki, Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı