​Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi

Rusiya ilə Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak açıqlama verib. O sosial media hesabında qeyd edib ki, əsir mübadiləsi çərçivəsində 106 Ukrayna əsgəri azad edilib. Məlumata görə, azad edilən hərbçilərdən 8-i zabitdir.

Bildirilir ki, əsirlikdən azad edilən ukraynalı hərbçilər Baxmut cəbhəsində döyüşüb. Yermak sərbəst buraxılan hərbçilərin itkin sayıldığını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı