Yaponların kosmik gəmisi Ayda qəzaya uğrayıb

Yaponiyanın özəl kosmik gəmisi "Hakuto-R" Aya enərkən qəzaya uğrayıb.

Metbuat.az "Space.com"a istinadən xəbər verir ki, qəza bort kompüterində baş verən səhvə görə olub.Qəzanın aprelin 25-də baş versə də, bu haqqda bu ay sonra cihazı hazırlayan "Ispace" şirkətinin nümayəndələri brifinqdə açıqlama veriblər.

Onların sözlərinə görə, eniş aparatının bort kompüteri hündürlük hesablayan mexanizmanın oxunuşlarına məhəl qoymayıb, onları səhv hesab edib və özünəməxsus hesablamalara əsaslanaraq yerə enməyə cəhd edib. Nəticədə cihaz Ayın səthi ilə bort kompüterinin güman etdiyindən bir qədər tez "qarşılaşıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR