“102” Xidməti - Zəng Mərkəzinə uşaqların müraciəti artıb” - DİN

"Ölkədəki neqativ hadisələrə reaksiya olaraq bu il Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə uşaqların müraciəti artıb".

Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, uşaqların cəmiyyətdəki hadisələrə belə tez reaksiya verməsi sevindirici haldır: "Hazırda 500-dən artıq uşağa yol-hərəkəti qaydaları ilə bağlı təbliğat işləri aparılır. Ümumiyyətlə təbliğat o yerlərdə daha çox aparılır ki, təhlükəli qəzalar həmin yerdə baş verir. Bizi qayğılandıran məsələ uşaqların gələcəyidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı