Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.
Metbuat.az xəbər verir ki, vəkilin qəza keçirməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Hadisə Şəfiqə Nağıyevanın aparıcı Tarix Əliyevin ad günü məclisindən çıxarkən baş verib.
Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən təsdiq ediblər.
İdarənin baş inspektoru Araz Əsgərli Qafqazinfo-ya deyib ki, hadisə nəticəsində vəkil dərhal xəstəxanaya aparılıb, vəziyyətinin yaxşı olduğu bildirilir:
“Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə törədən “KİA” markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Hazırda araşdırma aparılır.”