Ayrılıq xəbərləri yayılan aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşla bağlı paylaşımı ilə diqqət çəkib.
Metbuat.az xəbər verir ki, aparıcı ifaçını doğum günü münasibəti ilə təbrik edib:
"Doğum günün mübarək olsun, əzizim Doğuş. Hər zaman uşaqlarının, ailənin, sevdiklərinin qürur mənbəyi olasan".
Qeyd edək ki, bir müddət əvvəl türk mediasında Xoşqədəmlə Doğuşun boşanma qərarı aldıqları iddia edilib. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqramından silib, eyni zamanda onu izləmədən çıxarmışdı. Onun İstanbula getdiyi bildirilib. Bundan başqa, Doğuş ötən həftə sonu Xoşqədəmlə birlikdə apardıqları "Günaydın, Azərbaycan" verilişinə qatılmamışdı. Doğuş bu gündən etibarən yenidən sosial media hesabında Xoşqədəmi izləməyə alıb və onunla olan paylaşımlarını geri qaytarıb.