Dövlət Neft Fondunun valyuta hərraclarında dollar satışı 3.5 dəfə azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin iyun ayı ərzində valyuta hərraclarında 78,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Metbuat.az Dövlət Neft Fonduna istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə və ya 199.2 milyon manat azdır.

    Qeyd edək ki, 2022-ci ilin iyun ayı ərzində valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən 278,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı