"Netflix" daha bir ölkədə hesab paylaşımını qadağan edib

"Netflix" platforması bu gündən Hindistanda hesab paylaşma özəlliyini rəsmi olaraq ləğv edib.

Metbuat.az bildirir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, hesab paylaşma məhdudiyyətinin yeni tətbiq olunacağı ölkələrdə abunəçilər üçün əlavə abunə seçimi təklif edilməyəcək.

Qeyd edək ki, şirkət 2022-ci ildə bu qadağanı sınaqdankeçirməyə başlayıb. Bu ilin mayında Kanada, Yeni Zelandiya, Portuqaliya, İspaniya və ABŞ kimi ölkələrdə qadağa qüvvəyə minib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR