Çin hakerləri ABŞ-nin kəşfiyyat məlumatlarını ələ keçirdi

Çinin “Storm-0558” haker qrupu ABŞ-ın Pekindəki səfiri Nikolas Bernsin və dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə müşaviri Daniel Kritenbrinkin elektron məktublarını ələ keçirib.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, məktublar kəşfiyyat məlumatlarının toplanması məqsədilə ələ keçirilib.

Məlumata görə, Çində fəaliyyət göstərən haker qrupu ABŞ-ın Pekindəki səfiri Bernsin və ABŞ dövlət katibi Antoni Blinkenin və kəşfiyyat məlumatı toplamaq üçün bu yaxınlarda Çinə səfər edən müşavirin müavini Kritenbrinkin e-poçt hesablarını hədəf alıb.

Qeyd edək ki, Ağ Ev və “Microsoft” ABŞ qurumlarını hədəf alan kiberhücum olduğunu və hücumun Çinli hakerlər tərəfindən həyata keçirildiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı