18 yaşlı sürücü maşını aşıraraq vəfat etdi - Yaralılar var / FOTO

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Bildirilib ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 18 yaşlı Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, sürücü orada vəfat edib.

Qafqazinfo-ya istinadən vəfat edən Fərhadın və hadisə yerindən fotonu təqdim edirik:

18-yasli-surucu-masini-asirdi



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR