Yerli KİV-in məlumatına görə, Azərbaycan müdafiə nazirinin iki müavin postu ləğv edilib.

Metbuat.az xəbər verir ki, hazırda nazirin müavin sayı 7-dən 5-ə düşüb. General-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi boş idi. Həmçinin nazir müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi.

Hazırda birinci müavin Baş Qərargah rəisi Kərim Vəliyev, Quru Qoşunların komandanı Ənvər Əfəndiyev, Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, müdafi nazirinin müavini - baş direktor Aqil Qurbanovdur.

Zakir Həsənovun müavinlərinin sayı azaldı -

Kərim Vəliyev

Zakir Həsənovun müavinlərinin sayı azaldı -

Ənvər Əfəndiyev

Zakir Həsənovun müavinlərinin sayı azaldı -

Kərəm Mustafayev

Zakir Həsənovun müavinlərinin sayı azaldı -

Ramiz Tahirov

Zakir Həsənovun müavinlərinin sayı azaldı -

Aqil Qurbanov