Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub.
Metbuat.az Tasnim-ə istinadən xəbər verir ki, terakt nəticəsində 4 nəfər öldüyü bildirilsə də, rəsmi orqanlar məlumatı təsdiqləməyib.
"Al Mayadeen" telekanalının məlumatına görə, İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.
Hadisədən bir neçə dəqiqə sonra teraktın baş vermə anının görüntüləri yayılıb: