Qərb Ukraynada bunun baş verməsindən qorxur

Qərb rəsmiləri Ukraynaya müharibəni sona çatdırmaq üçün torpaq güzəştinə getməsini təklif etsələr də, bu, nə Ukraynanın, nə də Kremlin məqsədlərinə uyğun deyil.

Metbuat.az bildirir ki, bunu "Voll Strit Jurnal" adı çəkilməyən rəsmilərə istinadən yazır. Məlumata görə, ABŞ və Qərb ölkələri Rusiyanın qələbəsinin qarşısını almaq istəyirlər, lakin Ukraynaya birbaşa qalib gəlməyə kömək edən xərclərdən və risklərdən qorxurlar:

"Onlar qorxurlar ki, Ukraynanın “maksimalist məqsədləri” sonsuz müharibəyə səbəb olacaq. Buna görə də onlar Kiyevə NATO və ya AB-yə üzvlüyü müqabilində ərazisinin bir hissəsinin faktiki itirilməsi ilə razılaşmağı təklif etmək istəyirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı