Müharibə olsa, Azərbaycan bu ərazini götürəcək - Vardanyan

Ermənistan hakimiyyəti və Xankəndidəki Arayik Arutyunyan Qarabağı Azərbaycana təslim etməyə çalışır.

Metbuat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu erməni politoloq Ara Vardanyan “Pastinfo”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və Arutyunyan Qarabağı təhvil verilməsi ilə bağlı müxtəlif siyasi fiqurlarla müzakirələrə başlayıb:

“Xankəndidə Qarabağın Azərbaycana təhvil verilməsinə razı olan fiqurlar var və onlardan biri də Samvel Babayandır. Onlar artıq bu məsələdə razılığa gəliblər”.

Vardanyan onu da bildirib ki, bölgədə yeni hərbi əməliyyatların başlaması təhlükəsi var və bu istisna deyil.

“İran və Rusiya bu müharibənin olmasını istəmir və buna qarşıdır. Əgər müharibə olarsa, o zaman Azərbaycan Göyçə gölünü götürəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı