Bu bölgədə un ucuzlaşdı

Naxçıvan Muxtar Respublikasında taxıl istehsalının həcminin artırılması hesabına unun qiyməti kəskin aşağı düşüb.

Metbuat.az Report-a isitnadən xəbər verir ki, bu barədə aparıcı taxıl emalı müəssisəsinin icraçı direktoru Canməmməd Canməmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda 50 kiloqramlıq un kisəsi 27 manata təklif olunur ki, bu da əvvəlki qiymətlə müqayisədə 10 manat və yaxud 27 % azdır.

"Bu il müəssisə yerli istehsalçılardan 5 266 ton buğda qəbul edib, halbuki son 3 ildə bu rəqəm 2 700 tona yaxın olub. Son 20 gün ərzində 270 tona yaxın un satılıb", - deyə o qeyd edib.

Naxçıvanda unun ucuzlaşmasının çörəyin qiymətinə də təsir edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı