Avropa yeni müharibənin astanasında - İlk qığılcım burada olacaq

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Kiyev Qərb və Rusiya arasında birbaşa münaqişə yaratmağa çalışır. Peskovun sözlərinə görə, Ukrayna bunun üçün mümkün olan və olmayan hər şeyi edir.

Vəziyyəti Metbuat.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, müharibə başlayandan bu günə Rusiya Qərbi ittiham etməkdə davam edir:

“Dmitri Peskovun səsləndirdiyi fikir əslində mahiyyət etibarı ilə Rusiyanın fikirləridir. Ukrayna rəsmilərinin silah tədarükü ilə bağlı müraciəti Rusiyada Qərb hibrid formada proseslərə müdaxilə etdiyini göstərir. Yəni, Qərb birbaşa müharibə aparmasa da, Ukraynanın əli ilə Rusiyanı zəiflətməyə çalışır. Proseslərdə Qərbin, o cümlədən ABŞ-ın rolu danılmazdır. Əgər bir çoxlarının iddia etdiyi kimi ABŞ silah tədarükünü azaldarsa, bu vəziyyətin Rusiyanın xeyrinə dəyişə bilər”.

Tərəflər arasında vəziyyətin getdikcə mürəkkəbləşdiyini deyən Kənan Novruzov qeyd etdi ki, F-16 təyyarələrinin Ukrayna tədarükü Rusiyanı daha da qıcıqlandıracaq.

“Rusiya bir neçə dəfə xəbərdarlıq edib ki, bu tədarük Rusiya ilə Qərb - NATO arasında birbaşa toqquşmaya səbəb ola bilər. Bu baş verərsə, ilk qığılcım ya Polşa, ya da Litva sərhəddində ola bilər. Bu təxribat nəticəsində müharibənin Avropaya yayılması da istisna deyil”, - deyə K. Novruzov bildirib.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də, Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verəcəyi təqdirdə Moskvanın NATO-ya qarşı hərəkət edəcəyi açıqlamasını etmişdi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı