Sabirabadda 15 qanunsuz silah götürülüb

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Keçirilən müvafiq tədbirlər nəticəsində 15 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR