Rusiyanın BMT-dəki etirazı nəzərə alınmadı

Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatında veto hüququ barədə islahatın aparılmasına dair çağırış edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, BMT-də proseslərin dalana dirənmənin səbəbi veto hüququnun təcavüzkara verilməsidir. Zelenski bəyan edib ki, veto hüququ barədə islahat həyata keçirilsə BMT nüfuzunu yenidən bərpa edəcək.

Qeyd edək ki, Albaniyanın baş naziri Edi Ramanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli sessiyada Ukraynada baş verən hadisələr müzakirə edilib. Rusiya Daimi Nümayəndəliyinin etirazlarına baxmayaraq, BMT baş katibindən sonra ilk olaraq çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski bir çox ölkələrin Rusiya-Ukrayna müharibəsi ilə bağlı faktlardan xəbərdar olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı