Yevlax təsadüfən seçilmədi, səbəb odur ki... - Professor AÇIQLADI

“Görüş yeri üçün Yevlax təsadüfən seçilməyib”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü azərbaycanlı professor Aygün Attar Türkiyə mediasına açıqlamasında belə deyib. O bildirib ki, Yevlax Azərbaycan üçün simvolik əhəmiyyətə malik yerdir. Aygün Attarın sözlərinə görə, birinci Qarabağ müharibəsi zamanı Ermənistan Yevlaxa qədər əraziləri işğal etməyə cəhd edib.

“Yevlaxın seçilməsinin səbəbi o idi ki, birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunanda Yevlaxa qədər bütün Azərbaycan bölgəsinin Ermənistan tərəfindən işğal ediləcəyi və bu torpaqların zəbt ediləcəyi deyilirdi. Ona görə də bu görüşlərin Yevlaxda keçirilməsi çox vacibdir. Masa üzərində 3 rəngli ay-ulduzlu Azərbaycan bayrağının və Azərbaycan dövlət gerbinin olması çox mühüm mesaj idi” - Aygün Attar deyib.

Qeyd edək ki, Türkiyə mediası yazır ki, ermənilər bu görüş üçün Yevlaxa gəlməklə 30 illik iddialarından əl çəkdiklərini dünyanın gözü qarşısında qəbul ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR