“Əl-Hilal”da böhran - Buna görə klubdan qovulur

Neymarın çıxış etdiyi "Əl-Hilal" klubunun baş məşqçisi Xorxe Xesusun komandadan uzaqlaşdırılacağı iddia edilir.

Metbuat.az xəbər verir ki, Asiya Çempionlar Liqasında heç-heçədən sonra “Əl-Hilal”ın liqanın zəif komandalarından olan “Damak”a da xal itirməsi klub rəhbərliyini hərəkətə keçirib. Məlumata görə, klub rəhbərliyi liqada qəbələsi olmayan “Damak”la heç-heçədən və azarkeşlərin sərt etirazından sonra toplaşaraq, baş məşqçinin qovulması barədə danışıqlar aparıb.

“Əl-Riyad”ın xəbərinə görə, klub rəhbərliyi portuqaliyalı çalışdırıcını istefaya göndərməyi düşünür. “Əl-Hilal” rəhbərliyinin müvəqqəti olaraq Xorxe Jesusu Məhəmməd Əl-Şalhoubla əvəzləyəcəyi iddia edilir. Qeyd edək ki, “Əl-Hilal” 7 turdan sonra 5 qələbə 2 heç-heçə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı