ABŞ iki ölkənin müstəqilliyini tanıdı

ABŞ iki Sakit okean ölkəsinin - Kuk adalarının və Niuenin müstəqilliyini tanımaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib. Bayden Sakit Okean adalarının liderləri ilə zirvə görüşündən əvvəl deyib ki, ABŞ Çinin regionda nüfuzunun qarşısını almağa çalışır. O bildirib ki, iki ölkənin müstəqilliyi də bu məqsədlə tanınıb.

“Bu elan bizə davamlı tərəfdaşlığın əhatə dairəsini genişləndirməyə imkan verəcək, çünki biz xalqımızın həyatı üçün ən vacib olan problemləri həll etməyə çalışırıq” - Bayden deyib.

Qeyd edək ki, ABŞ-ın Kuk adaları ilə İkinci Dünya Müharibəsindən bəri uzun əməkdaşlıq tarixi var. ABŞ ordusu adalardan birində hava limanı tikmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR