Zelenski Avropadan daha çox silah tələb etdi

Ukrayna Prezidenti Zelenski Avropadan daha çox kömək istəyib.

Metbuat.az xəbər verir ki, Zelenski bildirib ki, Avropa özü güclü olmalıdır. Zelenski Avropa ölkələrini daha müstəqil siyasət yürütməyə çağırıb. Avropanın özünün müstəqil güc potensialına malik olduğunu deyən Zelenski müttəfiqlərindən daha çox silah istəyib.

“Avropa yelkənlərini küləkdən gizlətməməli və fırtınaya tab gətirməyə çalışmalıdır. Bunu birlikdə etmək lazımdır. Dəyərlərimizi müdafiə etmək vacibdir. Tərəfdaşlarımız hansı siyasi qasırğalarla üzləşirlər üzləşsinlər Avropa güclü olmalıdır. Avropa hazırda Amerikadakı hadisələri, siyasi fırtınanı izləyir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR