"İnter Mayami" icazə verdi - Messi doğma klubuna qayıdır

Lionel Messi icarə əsasında “Barselona”ya qayıtmaq istəsə “İnter Mayami” buna qarşı çıxmayacaq.

Metbuat.az xəbər verir ki, iddialara görə, “İnter Mayami” Messinin “Barselona”ya qayıtmasına icazə verib. Klub rəhbərliyi Messinin qərarına hörmətlə yanaşacağını futbolçuya bildirib.

Qeyd edək ki, iki turdan sonra “İnter Mayami” fevral ayına qədər MLS-də oyun oynamayacaq. Bu fasilə dövründə Messinin “Barselona”da oynayacağı irəli sürülür. İddia edilir ki, Messi üçün “Barselona”da təntənəli vida mərasimi təşkil ediləcək.

“İnter Mayami"nin baş məşqçisi Tata Martino Lionel Messinin "Barselona"ya icarəyə veriləcəyi ilə bağlı yayılan xəbərlərə fikir bildirib.

“Əylənməyə gedir? Bəlkə Barselonaya səfərə gedəcək. Bundan başqa bu məsələdə məlumatım yoxdur” – Tata Martino deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı