Messi icarəyə göndərilir? - AÇIQLAMA

"İnter Mayami"nin futbolçusu Lionel Messi klubunun MLS-in pley-off mərhələsinə çıxa bilməməsi səbəbindən qış transfer pəncərəsində icarəyə göndəriləcəyi xəbərlərinə münasibət bildirib.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, o, ABŞ təmsilçisindən ayrılmağı düşünmədiyini deyib:

“Xeyr, mən icarəyə getmək fikrində deyiləm. Məşq edəcəyəm, "Şarlotta" ilə qarşıdakı oyunu oynayacağam və noyabrda keçiriləcək millinin oyunlarına ən yaxşı formada yanaşmağa çalışacağam. Bundan sonra Argentinadakı tətilimdən həzz alacağam. Dekabrda ilk dəfədir ki, bayramlarda könül rahatlığı ilə, xalqımla daha çox istirahət edəcəm. Mövsümöncəsi hazırlıq üçün yanvarda yenidən qayıdacağam. Mən sıfırdan başlayacağam və həmişə olduğu kimi, mövsümə mümkün qədər yaxşı hazırlaşacağam".

Xatırladaq ki, daha əvvəl Messinin Səudiyyə Ərəbistanı çempionatından bir kluba icarəyə gedə biləcəyi barədə xəbərlər yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı