İcarə iddiaları Bekhemi hərəkətə keçirdi - Messini təqib edir

“İnter Mayami”nin rəhbəri Devid Bekhem Lionel Messinin icarəyə getməsini istəmir.

Metbuat.az xəbər verir ki, bu məqsədlə Bekhem Messini yaxından izləyir. Bildirilir ki, Lionel Messi MLS-in yekunlaşması ilə təxminən 4 ay meydanlardan uzaq qalacaq. Bu səbəbdən argentinalı ulduzun başqa komandaya icarəyə verilə biləcəyi iddia edilirdi. Lakin Bekhem Messini heç yerə göndərmək fikrində deyil. Məlumata görə, buna görə də, Bekhem argentinalı ulduzu və ailəsini Mayamidə tək qoymur və onlarla yaxın münasibətini qoruyur.

Qeyd edək ki, "İnter Mayami" kubokdakı uğurlarına baxmayaraq, MLS-in Şərq Konfransında 14-cü yeri tutub və pley-offa vəsiqəni əldən verib. Buna görə klub 4 ay futbol oynamayacaq və Messinin qış transfer dönəmində Avropaya icarəyə verilməsi, sonra isə komandaya qayıtması gündəmə gəlmişdi. Lionel Messi iddiaları təkzib edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı