Messi fanatlarını üzdü

Karyerasını "İnter Mayami" komandasında davam etdirən Lionel Messi Avropaya qayıtmayacağını açıqlayıb.

Metbuat.az xəbər verir ki, “Lequipe” qəzetinə danışan Lionel Messi Avropada oynamayacağını bildirib. Messi açıqlamasında deyib: "Allaha şükür, qeyri-adi karyeraya sahib olmaq mənə qismət oldu, Avropada arzuladığım hər şeyi qazandım. ABŞ-a gələrək yeni bir addım atdım. Mən yenidən Avropada oynamağa qayıdacağımı düşünmürəm”.

Qeyd edək ki, Lioenl Messinin “Barselona”ya qayıdacağı barədə iddialar dərc edilmişdi. “İnter Mayami”nin oyunları olmadığı üçün Messinin icarə əsasında Avropa klublarında forma geyinə biləcəyi irəli sürülürdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR