Azad edilmiş ərazilərdən daha 71 mina, 1582 PHS aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (13.11.2023 - 19.11.2023) açıqlanıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 57 piyada əleyhinə mina, 14 tank əleyhinə mina, 1582 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 737.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR