Rusiya Ukraynaya rekord sayda PUA ilə hücum edib

Noyabrın 25-nə keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisində rekord sayda pilotsuz təyyarələrin hücumu olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk özünün Telegram kanalında məlumat verib.Komandirin sözlərinə görə, 75 pilotsuz uçuş aparatı ilə hücuma keçən Rusiya hərbiçilərinin əsas hədəfi Kiyev şəhəri olub.

Qeyd edək ki, bundan öncə Kiyevin bir neçə ərazisində partlayış səslərinin eşidildiyi barədə məlumatlar var. Hadisə şahidlərinin sözlərinə görə, partlayışların baş verdiyi ərazilər Qoloseyevski rayonu, Julyanı hava limanı və əsasən də şəhərin mərkəzi olub. Bundan başqa, Dnepropetrovsk vilayətində gecə saatlarında 1 raket və 5 PUA vurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı