Hücum xəttini gücləndirmək istəyən “Real Madrid” Argentina istedadlı futbolçusu Klaudio Eçeverrini transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, “Real” "River Pleyt"in futbolçusunu transfer etmək üçün klubla danışıqlar aparıb. “Diario Sport” xəbər verir ki, gələcəyin komandasını qurmağı qarşısına məqsəd qoyan və gənc futbolçuları transfer edən “Real” Kilian Mbappe üçün fantastik pullar xərcləməkdənsə Eçeverrini transfer etmək istəyir. Məlumata görə, “Real” Eçeverrini izləmək üçün İndoneziyada keçirilən FIFA U-17 Dünya Çempionatına müşahidəçi göndərib. “Real”ın nümayəndələri futbolçunun oyununu bəyənib. Bildirilir ki, Klaudio Eçeverrini transfer etmək üçün PSJ və Mançester Siti də hərəkətə keçib.
Qeyd edək ki, Argentinanın Braziliyanı 3:0 hesabı ilə məğlub etdiyi 1/4 final matçında Eçeverri het-trik edib və 17 yaşlı futbolçu Argentinada çempionluq uğrunda mübarizə aparan “River Pleyt”in də A komandasına daxil olmağı bacarıb. Məlumata görə, hazırda futbolçunun transfer dəyəri 20 milyon avro olsa da, “River Pleyt” bu məbləği futbolçunun uğurlu oyunundan sonra atıracaq.