Nura Surinin valideynləri tanınmış şəxs imiş - FOTO

Müğənni Nura Suri valideynlərinin Heydər Əliyev ilə fotosunu paylaşıb.

Metbuat.az xəbər verir ki, sənətçi paylaşıma aşağıdakı şərhi əlavə edib:

“Valideynlərimə ayırdığı diqqət və hörməti unutmadıq. Anam nəvəsinə Heydər adı qoydu”.

Qeyd edək ki, N. Surinin hər iki valideyni Azərbaycanın Milli Qəhrəmanıdır. Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir.

Müğənnin atası Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.

Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. Hazırda ehtiyatda olan zabitdir. İgidliyə görə medallarla təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR