"İrəvanın çıxış yolu yoxdur, əgər Zəngəzur dəhlizi açılmasa..." - Deputat

"Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan üçün önəmli olan yüklərin və sərnişinlərin maneəsiz və təhlükəsiz daşınmasıdır. Bu tələbi irəli sürməklə Azərbaycan beynəlxalq normalar xaricində nəsə etmir. Birincisi, üçtərəfli bəyanatda Ermənistan özü belə bir öhdəlik götürüb. Öhdəlik götürməsə belə, bununla bağlı beynəlxalq təcrübə var və Azərbaycan bunu açıq şəkildə bildirib, məsələn, Kalininqrad variantı. Üçüncüsü, Azərbaycanın təklifi qarşılıqlıdır – bu təklif nə dərəcədə Azərbaycanın marağına xidmət edirsə, Ermənistanın da marağına xidmət edir. Zəngəzur dəhlizi açılmasa, Azərbaycan Ermənistanla sərhədi açan deyil və Ermənistanın yükləri heç vaxt Azərbaycan üzərindən getməyəcək".

Bu sözləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. O bildirib ki, başqa bir reallıq bundan ibarətdir ki, yüklərin keçəcəyi torpaqlar Qərbi Azərbaycan torpaqlarıdır, vaxtilə Azərbaycanın bir hissəsi olub:

"Hətta Nüvədi kəndinin ermənilərə verilməsi 1969-cü ildə Ali Sovet tərəfindən təsdiqlənib. Yəni burada bizim həm mənəvi, həm tarixi, həm də siyasi haqqımız var. Rəsmi İrəvanın Azərbaycanın təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur. Mən hətta düşünürəm ki, ermənilər də Zəngəzur dəhlizinin açılmasının onlar üçün əlverişli olduğunu anlayırlar. Sadəcə bu regionda qarşıdurmanın qalmasında maraqlı olan güclər – xüsusən Fransa və ABŞ Zəngəzur dəhlizinin Ermənistanın üzərinə götürdüyü öhdəliklər çərçivəsində fəaliyyət göstərməsini istəmirlər".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı