Hakan Fidan Pakistan və İranın XİN rəhbərləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə TASS-a Türkiyədən diplomatik mənbə bildirib.

“İordaniyada səfərdə olan xarici işlər naziri Fidan Pakistan və İrandan olan həmkarları ilə telefon danışığı aparıb. O, regionda yeni problemlərin yaranmasının qarşısının alınmasının vacibliyinə işarə edərək, tərəfləri təmkinli olmağa çağırıb. Hər iki nazir türkiyəli həmkarını əmin edib ki, gərginliyi artırmaq istəmirlər”, - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı