​“Real” Mbappenin tələbini rədd etdi - Bu hücumçuya yönəlirlər

“Real Madrid” PSJ-nin hücumçusu Kilian Mbappe ilə danışıqları davam etdirsə də, tərəflər hələlik razılığa gələ bilməyib.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, transfer baş tutmaya bilər. İddialara görə, buna görə də “Real” Mbappenin alternatini müəyyən edib. Bildirilir ki, Mbappe transferi baş tutmasa, “Real” “Milan”ın portuqaliyalı cinah oyunçusu Rafael Leaunu tranfer etməyə çalışacaq.

Qeyd edək ki, Kiliyan Mbappe və “Real Madrid”in məvacib məsələsində razılığa gələ bilmədiyi iddia edilir. “Real” Mbappeyə 100 milyon avro civarında imza pulu verəcək. Tərəflər bununla bağlı razlaşıb. Lakin məvacib məsələsində razılığa gəlinməyib. Mbappe “Real”dan illik 70 milyon avro məvacib tələb edir. “Real” isə Mbappeyə 35 milyon avrodan çox məvacib ödəmək istəmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR