Bu ədviyyat sürətli şəkildə arıqladır

Şirniyyatlara, yeməklərə və hətta bitki çaylarına qədər bir çox yemək və içkilərdə geniş istifadə edilən darçın sağlamlıq üçün də çox faydalı ədviyyatdır. Xüsusilə bir çox desertlərə ətirli dad verir.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, orta əsrlərdən bəri öskürək, boğaz ağrısı və artrit kimi xəstəliklərin müalicəsində istifadə edilən darçın, günümüzdə də bir çox xəstəliyə qarşı qorunmada təsirlidir.

Xüsusilə darçın çubuqlarının diabet xəstələrinə müsbət təsirləri var. Bundan əlavə, ürək-damar xəstəliklərinin qarşısının alınmasında, beyin və sinir sistemi ilə əlaqəli xəstəliklərin müalicəsində də istifadə oluna bilər.

Darçın ən yüksək antioksidant tərkibli ədviyyatlardan biridir. Ən güclü antioksidantlardan olan flavonoidlər, polifenollar və fenolik turşu darçının tərkibində boldur. Bu komponentlər bədəndə sərbəst radikalların əmələ gəlməsinin qarşısını alaraq hüceyrələri oksidləşdirici zərərdən qoruyur. Bundan əlavə, yüksək antioksidant tərkibi sayəsində qocalmanı gecikdirir, yoluxucu xəstəliklərdən qoruyur və stresi azaltmağa kömək edir.

Arıqlamaq və ya formasını qorumaq istəyənlərin güvənlə istifadə edə biləcəyi bir qida olan darçın, balanslı qan şəkəri səviyyəsini təmin edərək aclığın qarşısını alır. Bu şəkildə arıqlamağı asanlaşdırır. Həzm sistemini tənzimləyir, qəbizlik və şişkinlik problemlərinin qarşısını alır. Yeməyin mədədə daha uzun müddət qalmasını təmin edərək yeməkdən sonra toxluq hissini uzadır.

Sağlamlığa bir çox müsbət təsiri olan darçının bütün bu faydalarına baxmayaraq kalorisi çox aşağıdır. Buna görə də, pəhrizdə olanlar da daxil olmaqla, hər kəs tərəfindən təhlükəsiz istifadə edilə bilər.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı