Zelenskidən Rusiyanı narahat edəcək açıqlama: "Əks-hücuma hazırlaşırıq, hədəfimiz..."

Ukrayna ordusu 2024-cü ildə yeni əks-hücum əməliyyatı hazırlayıb başlayacaq .

Metbuat.az-ın məlumatına görə, bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenski fevralın 23-də Amerikanın Fox News kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsas vəzifəsi müdafiə olsa da, Kiyev Qara dənizdə tarix yazmaya davam edəcək.

"Tərəfdaşlarımızla yeni təhlükəsizlik müqavilələri hazırlayırıq. Qarşıdakı həftələrdə yeni təhlükəsizlik sazişlərinin imzalanması planlaşdırılır. Hədəfimiz Qara dənizdir".

Eyni zamanda, Zelenski qeyd edib ki, bərabər olmayan qüvvələrlə Rusiya ordusuna qarşı müdafiə çətin olsa da, böyük hünərdir.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin Ukrayna prezidentinin sözlərinə cavab verib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin yeni hücumu üçün kifayət qədər vəsaiti yoxdur:

“Düşünürəm ki, bu bəyanat daha çox Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri və Ukraynanın bilavasitə əhalisi arasında rezonans doğurur. Zelenski bölmələrimizə qarşı mümkün əks-hücum görüntüsü yaratmağa çalışır”, - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı