Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.02.2024 - 25.02.2024) açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 95 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 112 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 945.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR