Dərini cavanlaşdırır, arıqladır - Xurmanın FAYDALARI

Ramazan ayına sayılı günlər qalıb və bu müddətdə ilk ağıla gələn qidalardan birincisi xurmadır. Əslində xurma yalnız Ramazan ayında deyil, ilin hər ayında istifadə edilməlidir.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, xurma təbii A və C vitaminlərinin, eləcə də qanın laxtalanmasına kömək edən manqan mənbəyidir. Xərçəng və insult kimi riskləri azaldan, kolorektal xərçəng, diabet və ürək xəstəlikləri riskini azaldan antioksidanlarla zəngindir. Şəkərdən fərqli olaraq boş kalori yaratmadığı üçün şəkərin bədənə daha sağlam daxil olmasına şərait yaradır.

Xurmanın digər faydalarını təqdim edirik:

- Xurmanın aşağı kalorili və yüksək lifli olması çəkiyə nəzarət etməyi asanlaşdırır.

- Antioksidant mənbəyidir və xəstəliklərə səbəb olan sərbəst radikallardan qoruyur.

- Zehni sağlamlığı yaxşılaşdırır.

- Xolesterolu balanslaşdırır.

- Xurma tərkibində xolesterin olmadığı üçün ürək sağlamlığına faydalıdır.

- Sümük sağlamlığını yaxşılaşdırır.

- Tərkibində B vitamini olan xurma Alzheimer xəstəliyinə qarşı faydalıdır.

- Nevroloji xəstəliklərin yaranmasının qarşısını alır.

- Dərini cavanlaşdırır.

- Arıqlamağa kömək edir.

- Böyrək daşını əridir.

- Həzmi yaxşılaşdırır və bağırsaq sağlamlığını qoruyur.

Xurma dərinin elastikliyini qorumağa və dərini hamar etməyə kömək edən C və D vitaminlərinin mənbəyi kimi tanınır. Xurma həm də qocalma əleyhinə xüsusiyyətlərə malikdir və melanin (dəri piqmenti) yığılmasının qarşısını alır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı