Lunyov tamaşaçı azlığından gileyləndi

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov ökəsinin mətbuatına açıqlamasında Azərbaycan çempionatı haqda danışıb.

Metbuat.az xəbər verir ki, o, "Matç TV"yə müsahibəsində bildirib ki, heç bir komanda ilə oyunları asan olmur:

“10 komandanın iştirak etdiyi turnirdir. Hər komanda ilə 4 dəfə oynayırıq. Düzünü desəm, yaxşı mənada təəccübləndim. Çünki “Qarabağ”a keçəndə komanda yoldaşlarım mənə dedilər ki, burada avrokuboklar zamanı əylənirsən, amma sonra hər şey çətinləşir. Heç bir komanda ilə oyun asan olmur".

Lunyov çempionat matçlarında tamaşaçıların azlığından gileylənib: "Təbii ki, atmosfer belə desək, məyusedicidir. Stadionlarda çox az tamaşaçı olur. Sanki rəsmi deyil, yoldaşlıq oyunu keçirirsiniz. Əvvəllər çıxış etdiyim digər çempionatlarda bu qədər az azarkeş olmurdu".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı