Balın indiyə qədər bilmədiyimiz faydaları

Antiseptik və antibakterial xüsusiyyətlərə malik olan balın bir çox faydası var. O, həmçinin tarla bitkiləri üçün tozlandırıcı rolunu oynayır. Balın tərkibində C vitamini, B1, B2, B3, B5, B6 vitaminləri, kalsium, fosfat, natrium, dəmir, maqnezium, kalium və xlorid var.

Metbuat.az xarici mediaya istinadən balın faydalarını təqdim edir:

- İlıq su ilə içildikdə bədəndə yığılan yağların həzminə kömək edir.

- Yüksək xolesterin səviyyələrini tənzimləyir və yaxşı xolesterol səviyyələrini artırır.

- Şəkər yerinə təbii dadlandırıcı kimi istifadə edilə bilər.

- İmmun sistemini gücləndirir. İnfeksiyalara qarşı müqavimət göstərir.

- Yüksək karbohidrat mənbəyidir. Buna görə də idmançıların dözümlülüyü və performansını artırır. Güc və enerji verir.

- Xərçəng və şiş əleyhinə xüsusiyyətlərə malik balın faydaları xərçəngə də çox təsir edir. Xərçəngin qarşısını alır və onun inkişafını dayandırır.

- Mədə fəsadlarını orqanik müalicə edir.

- Beyni gücləndirir və konsentrasiyanı artırır.

- Ənənəvi tibbdə təbii antiseptik kimi istifadə olunur.

- Balın xüsusiyyəti onun iltihab əleyhinə olmasıdır. Bakteriyaları təmizləyir. Dəri maskalarında istifadə edildikdə, mövcud sızanaqların qısa müddətdə sağalmasına kömək edir və nəm tutaraq dərini yumşaq edir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı